Türkiyə "Yavuz" özüyeriyən artilleriyanın ixracına hazırlaşır
Türkiyənin müdafiə şirkəti MKE AŞ NATO standartlarına cavab verən "Yavuz" özüyeriyən artilleriya sistemlərinin ixracına hazırlaşır.
Demedia.az bu barədə "Anadolu"ya istinadən xəbər verir.
Modifikasiya edilmiş yük avtomibilinə quraşdırılan haubitsa zirehli kabinlə təchiz edilib. Sistemin atəşə hazırlanması təxminən bir dəqiqə, mövqelərin dəyişdirilməsi isə 2 dəqiqə çəkir. Maksimal sürət 90 km/saatdır.
Haubitsa artıq Türkiyə hərbi əməliyyatlarında özünü uğurla sübut edib və üç müxtəlif növ sursat üçün nəzərdə tutulub. Hazırda atış məsafəsinin ikiqat artırılması istiqamətində işlər davam edir.//Report.az