Rusiyalı deputatdan hədə: “Finlandiya məhv ediləcək”
“Finlandiya məhv ediləcək”.
Demedia.az xəbər verir ki, bu barədə Dumanın Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev bildirib.
“Finlandiya NATO-nun tərkibində Rusiya ilə silahlı qarşıdurmaya girməyə cəhd etsə, məhv olacaq”, – deyə o hədələyib.
“Finlandiya Rusiya ilə yaxşı münasibətlər saxlamağa çalışıb və indiyə qədər buna nail olub. İndi o, Şimali Atlantika Alyansına qoşulmaqla Moskvaya əlavə problemlər yaratmağa hazırlaşır”, – deyə şikayətlənib.
Deputat həmçinin qeyd edib ki, Rusiya nüvə raketlərindən istifadə etməyə hazırdır.
“Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, – deyə o bildirib.