Rusiyanın siyasi rəhbərliyi dəyişir: Krım və Donbas geri alınacaq - ŞOK AÇIQLAMA
Rusiya prezidenti Putin ağır xəstədir və artıq Rusiya Federasiyasında siyasi rəhbərliyin dəyişməsinə hazırlıqlar görülür.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov “Sky News” telekanalına müsahibəsində deyib. Videomüsahibədən kadrlar Ukrayna Xüsusi Rabitə Dövlət Xidmətinin sosial şəbəkə səhifəsində yayımlanıb.
"Bütün bunlar Rusiya Federasiyasının siyasi rəhbərliyinin dəyişməsinə gətirib çıxaracaq. Artıq bunun üçün proseslər başlayıb və Rusiya artıq bu istiqamətdə hərəkət edir",- deyə Budanov bildirib.
Ukrayna kəşfiyyat rəhbəri bildirib ki, Rusiya Federasiyasında siyasi rəhbərlik dəyişikliyinə doğru hərəkat artıq başlayıb və “onu dayandırmaq artıq mümkün deyil”. Budanov eyni zamanda "Rusiya diktatoru" Putinin səhhətinin pis olması ilə bağlı şayiələri də təsdiqləyib.
"Sizə deyə biləcəyim yeganə şey odur ki, biz bunu tamamilə təsdiq edirik. Putin kifayət qədər pis psixo-emosional və fizioloji vəziyyətdədir. O, çox ağır xəstədir. Eyni zamanda, onun bir neçə əhəmiyyətli xəstəlikləri var, onlardan biri xərçəng xəstəliyidir”,- deyə Budanov vurğulayıb.
Budanov müsahibəsində müharibənin ilin sonuna qədər bitəcəyini, Ukraynanın Krımı və Donbası geri qaytaracağı məsələsindən də danışıb. “Dönüş nöqtəsi avqustun ikinci yarısında olacaq. Bu ilin sonuna kimi aktiv döyüş əməliyyatlarının əksəriyyəti başa çatacaq. Nəticədə Donbas və Krım da daxil olmaqla, itirilmiş ərazilərimizdə Ukraynanın suverenliyini bərpa edəcəyik”,- deyə Budanov əminliklə bildirib.
Onun sözlərinə görə, diqqətin Ukraynanın şərqinə yönəlməsinə baxmayaraq, Rusiyanın hərbi taktikası dəyişməyib – Rusiya “böyük” itkilər verir. "Biz düşmənimiz haqqında hər şeyi bilirik. Biz onların planlarından demək olar ki, planlar qurulanda xəbər tuturuq ",- deyə general-mayor vurğulayıb.
"Avropa Rusiyada böyük təhlükə görür və onun təcavüzündən qorxur. Biz Rusiya ilə 8 ildir vuruşuruq və bilirik ki, böyük Rusiya gücü sadəcə, bir mifdir. Rusiya o qədər də güçlü deyil, onun ordusu sadəcə, silahlı adamlar dəstəsdir”,- deyə Budanov əlavə edib. / Bizimyol.info