Rusiya aviasiya hücumunu dayandırdı, köhnə raketlərə keçiblər - Moskva bunu gözləmirdi



 19:05 15.05.2022     3501

Rusiya getdikcə daha çox səsdən sürətli raketlərdən istifadə etməyə başlayıb. Rus qoşunları ağır itkilərə səbəb olan aviasiyadan daha az istifadə edir.

Demedia.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milli ilə söhbətində bildirib. Zalujnı vurğulayıb ki, Rusiya strateji qanadlı raketlərdən istifadə etməyə davam edir, mülki infrastruktura hər gün 10-14 qanadlı raket atır.

Onun sözlərinə görə, Rusiya son zamanlar Sovet istehsalı olan köhnə "X-22" səsdən sürətli qanadlı raketlərinin kütləvi atılması taktikasından getdikcə daha çox istifadə edir. Xüsusilə, ötən gün Rusiya Federasiyası Kremençuq Neft Emalı Zavodunda 12 qanadlı raket buraxıb, onlardan ikisi Amerikanın "Stinger" portativ zenit-raket kompleksi (MANPADS), tərəfindən vurulub.

“Rəqibin bu taktikaya keçməsinin səbəblərindən biri də böyük itkilər verən aviasiyadan istifadədən imtina etməsidir”,- Zalujnı bildirib.

“Ukrayna torpaqlarında olan düşmən məhv ediləcək və Rusiyanın işğal etdiyi bütün ərazilər azad ediləcək. Mən qələbəni belə görürəm. Vəziyyət ağır olsa da, Ukrayna hərbçilərinin əhval-ruhiyyəsi yalnız qələbəyə hesablanıb”,- deyə general vurğulayıb.

Zalujnı xalqa və ABŞ hökumətinə göstərdiyi köməyə görə təşəkkür edib, həmçinin əmin edib ki, Ukrayna göndərilən maddi resursların istifadəsinə ciddi nəzarət edir. Son olaraq o, bildirib ki, Ukrayna tərəfi bütün məlumatları ABŞ səfirliyi ilə bölüşməyə hazırdır.