Rusiya ordusu Xarkovda Ukraynaya uduzdu: Müharibənin taleyini həll edəcək qələbə



 19:59 15.05.2022     2173

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hərəkətləri Rusiya qoşunlarının Xarkovu mühasirəyə almasına və bütünlüklə ələ keçirməsinə imkan vermədi.

Mütəxəssislərin fikrincə, işğalçılar Xarkov ətrafındakı mövqelərindən tamamilə geri çəkilmək qərarına gəliblər. Rusiya qoşunları son bir neçə gün ərzində əks-hücum edən Ukrayna qüvvələrinə qarşı mövqelərini saxlamağa çalışmır. Mütəxəssislər hesab edir ki, döyüş meydanında belə düzülmə Ukrayna Silahlı Qüvvələrinin Xarkov uğrunda döyüşdə qələbəsi demək ola bilər.

Demedia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir. İnstitutun mütəxəssisləri qeyd edirlər ki, hazırda Rusiya qoşunlarının qüvvələri bölmələrin nizamlı şəkildə çıxarılması və Rusiya Federasiyasına qaytarılmasına yönəlib.

"Bu isə o deməkdir ki, Ukrayna artıq Xarkov uğrunda döyüşdə qalib gəlib. Ukrayna qüvvələri Rusiya qoşunlarının Xarkovu tutmaq bir yana, mühasirəyə almasına da mane olub. Sonra isə Kiyevi ələ keçirməyə çalışan Rusiya qoşunları ilə olduğu kimi onları da şəhərin yaxınlığından geriyə qovub",- deyə ekspertlər hesabatda yazıb.

Eyni zamanda Müharibə Araşdırmaları İnstitutunun hesabatında bildirilir ki, Ukrayna hərbçiləri İzyum ətrafında cəmləşmiş Belqorod və Rusiya qoşunları arasındakı quru xətlərini qərb tərəfdən pozmağa çalışacaqlar. / Bizimyol.info