Dəhşətli ssenari: Çin müharibəyə qoşula bilər - "Rus qoşunlarını sıxışdırıb məhv etmək lazımdır"
“Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun bir mərhələyə keçərsə, bu, qan tökülməsinə və gərginliyin daha da artmasına səbəb olacaq. Belə vəziyyətdə Çin də müharibəyə müdaxilə edə bilər. Ancaq Ukraynanı müasir silahlarla təmin etməklə bunun qarşısını almaq olar”.
Demedia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu sözləri 1997-2000-ci illərdə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali komandanı, ABŞ ordusunun generalı Uesli Klark "Kiyev Təhlükəsizlik Forumu"nun xüsusi hərbi panelində çıxışı zamanı deyib.
O, bu ssenarinin qarşısını hansı yolla alına biləcəyini də bildirib. “Ukraynanın Donbassdakı Rusiya qoşunlarını sıxışdırmaq, onların Xerson bölgəsindəki qüvvələrini tədricən yox etmək, Krıma girişi bağlamaq lazımdır. Bununla yanaşı, iki istiqamətdə - şərqdə və cənubda hərəkət etmək üçün döyüş qabiliyyəti olmalıdır”,- deyə general bildirib. General Klark döyüş qabiliyyəti dedikdə, müasir silah və hərbi texnika, o cümlədən Amerika F-16 qırıcı təyyarələrini nəzərdə tutub.