Rusiyadan ŞOK TƏHDİD: Finlandiya və İsveç NATO-ya qoşulsa...
“Finlandiya və İsveçin NATO-ya daxil olması böyük səhv olar”.
Demedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. Diplomat açıq şəkildə bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulmasının çox böyük fəsadları olacaq. Ryabkovun sözlərinə görə, Moskva bu vəziyyətlə barışmayacaq.
“Finlandiya və İsveçin NATO-ya daxil olması onların təhlükəsizliyini gücləndirməyəcək. Moskvanın Finlandiya və İsveçin konkret addımlarına uyğun həmlələri olacaq” - deyə diplomat xəbərdarlıq edib.