Məğlubiyyət baha başa gəldi: Rusiya taktikanı dəyişir - Böyük işğaldan imtina edildi



 09:12 17.05.2022     2169

Rusiya qüvvələri, çox güman ki, Luqansk vilayətinin ələ keçirilməsini tezləşdirmək üçün Ukrayna bölmələrinin Donetskdən İzyuma qədər geniş miqyaslı mühasirəsi uğrunda mübarizədən imtina edib.

Demedia.az xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun mayın 15-nə olan son hesabatında deyilir.

“Rusiya hərbi komandanlığı çox güman ki, gələcəkdə Severodonetsk uğrunda döyüşə üstünlük verəcək. Bəzi cəhdlər Donetsk vilayətinin şərq hissəsində Ukraynanın quru xətlərini pozmağa yönəlib”, - deyə analitiklər bildiriblər.

Rusiya qüvvələri Severodonetski şimaldan və cənubdan ələ keçirmək üçün koordinasiyalı səylərini davam etdirir, nəticədə Ukrayna qüvvələrinin mühasirəsi ilkin olaraq düşünüldüyündən daha az ərazidə həyata keçirilir.

“Rusiyanın Kremennaya yaxınlığındakı Severski Donetsini keçmək cəhdləri Rusiyanın mühasirə əməliyyatlarını daha da şərqə doğru apara bilər və Rubijne vasitəsilə Severodonetskə yaxınlaşaraq bir neçə istiqamətdə daha geniş mühasirə yaratmaq cəhdi edə bilər”, - deyə ekspertlər bildirib.

Rusiya qüvvələrinin İzyumdan Slavyanska doğru irəliləyişi, ola bilsin ki, oradakı hücumun şiddətini azaltmaq üçün nəzərdə tutulub.

Ukrayna Silahlı Qüvvələrinin Rusiya sərhəddinə keçməsinin qarşısını almaq üçün artıq Xarkovdan şimalda müdafiəyəyə keçsələr də, Rusiya Şərqi Əməliyyat Bölgəsində hücumlarını davam etdirirlər. Onlar həmçinin Avdeyevski istiqamətində düşmən ağır itkilər verərək köhnə mövqelərə çəkilib.