Putin buna görə Lukaşenkonu açıq savaşa çəkə bilmir - Ukraynanın Rusiya ordusunu məğlub etməsi...



 19:15 16.05.2022     918

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının Ukraynadakı genişmiqyaslı müharibəsində birbaşa iştirakdan yayınmağa çalışır.

Demedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı "Tvitter"də məlumat yayıb. Mayın əvvəlində keçirilən təlimlərdən sonra Belarus Ukrayna ilə sərhəddə xüsusi əməliyyat qüvvələrinin yerləşdirildiyini elan edib.

"Belarus qüvvələrinin sərhəd yaxınlığında yerləşdirilməsi barədə, yəqin ki, Ukrayna qoşunları dəqiq məlumatlar əldə edəcək. Ona görə də onlar Donbassdakı əməliyyatları dəstəkləmək üçün yerləşdirilə bilməzlər",- deyə Britaniya kəşfiyyatı qeyd edir.

Vurğulanır ki, bu günə qədər Belarus qüvvələri birbaşa olaraq münaqişəyə cəlb olunmayıb. Lakin Belarus Respublikasının ərazisi Rusiya Federasiyasının Kiyev və Çerniqov üzərində ilkin hücumu üçün tramplin kimi istifadə edilib. Həmçinin, Rusiya Federasiyası tərəfindən vurulan raket zərbələri Belarus ərazisindən həyata keçirilib.

"Belarus prezidenti Lukaşenko çox güman ki, Rusiyanın işğalını dəstəkləmək ərəfəsindədir və Qərbin sanksiyaları və Ukraynanın cavab tədbirləri Belarus qoşunlarının mümkün narazılığı riski səbəbindən birbaşa hərbi müdaxilədən qaçmaq istəyir",- kəşfiyyat yekunlaşdırıb.