Rusiya açıq şəkildə təhdid etdi: Finlandiya və İsveç NATO-ya qoşulsa...



 20:28 16.05.2022     1803

“Finlandiya və İsveçin NATO-ya daxil olması böyük səhv olar”.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. Diplomat açıq şəkildə bildirib ki, Finlandiya və İsveçin NATO-ya qoşulmasının çox böyük fəsadları olacaq. Ryabkovun sözlərinə görə, Moskva bu vəziyyətlə barışmayacaq.

“Finlandiya və İsveçin NATO-ya daxil olması onların təhlükəsizliyini gücləndirməyəcək. Moskvanın Finlandiya və İsveçin konkret addımlarına uyğun həmlələri olacaq” - deyə diplomat xəbərdarlıq edib.