Putin ilk dəfə Finlandiya və İsveçin NATO-ya qoşulmasından danışdı: Bu baş verərsə...
“İsveçin və Finlandiyanın NATO-ya daxil olması Rusiya üçün birbaşa təhdid yaratmayacaq. Lakin Rusiyanın hərbi fəallığının bu bölgədə artmasına təsir edəcək”.
Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə açıqlama verib. O bildirib ki, Rusiyanın Finlandiya və İsveçlə heç bir problemi yoxdur. “NATO-nun xəritəsinin genişlənməsi ABŞ-ın xarici siyasətdəki maraqlarına nail olmaq üçün yaratdığı suni problemdir” deyən Putin, Vaşinqtonun həmlələrinə cavab veriləcəyini ifadə edib. Putin bəyan edib ki, Rusiyanın cavabı NATO-nun Finlandiya və İsveçdəki hərbi fəaliyyətinin səviyyəsindən asılı olacaq.