Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət etdi
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi müraciət edib.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı NATO-nun Baş katibi Yens Stoltenberqə ərizələr təqdim olunub.
"NATO İsveç və Finlandiyanın alyansa qoşulmaq üçün ərizələri təqdim etməsini alqışlayır və bunun üçün zəruri olan məsələlərin tezliklə həllinə zəmanət verir" - Baş katib bildirib.
O əlavə edib ki, İsveç və Finlandiyanın Alyansa daxil olması ilə Baltikyanı ölkələrin təhlükəsizliyi daha da güclənəcək.