"Putini alçaldıcı məğlubiyyətdən xilas etmək lazım deyil, uduzmağı öyrənməlidir"
Latviya baş nazirinin müavini və müdafiə naziri Artis Pabriks deyib ki, Rusiya Ukraynaya qarşı başlatdığı müharibəni uduzmaq üçün bir yol tapmalıdır. Onun fikrincə, işğalçı ölkənin uduzmağı öyrənmək vaxtı gəlib çatıb.
Demedia.azUkrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə , Estoniyanın paytaxtı Tallinndə keçirilən Lennart Meri beynəlxalq konfransında çıxışı zamanı deyib. Həmin çıxışdan video fraqment onun “Tvitter” səhifəsində yerləşdirilib. Xüsusən, diplomat bəzi Qərb liderlərinin Rusiyanın alçaldılmamalı və ya diktator Vladimir Putinə yoldan dönmək imkanı verilməli olduğu fikri ilə razılaşmadığını bildirib.
Fransa prezidenti Emmanuel Makron hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibədə məğlubiyyəti halında “alçaldılma”nın qarşısını almaq üçün səylər göstərilməlidir. Pabriks isə vurğulayıb ki, Kremlin uduzmağı öyrənməsinin vaxtıdır.
“Artıq Moskva necə uduzacaqlarını düşünməlidir, çünki onlar uduzmalıdırlar”,- deyə o vurğulayıb.