Türkiyəyə qarşı terroru dəstəkləyən ölkələr indi Ərdoğana yalvarır...



 14:15 18.05.2022     1173

Rusiyanın Ukraynanı işğalından sonra Rusiya ilə 1300 kilometr sərhədi olan Finlandiya, ardından isə İsveç, NATO-ya rəsmi üzvlük prosesinin başladığını açıqlayıb.

Demedia.az xəbər verir ki, qərar Avropada müsbət qarşılanda da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan etirazlarını dilə gətirib. İsveçin Türkiyəyə nümayəndə heyəti göndərməsinə toxunan Türkiyə prezidenti Ərdoğan, “bazar ertəsi bizi razı salmağa gələcəklər? Özünüzü yormayın. Bu prosesdə Türkiyəyə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmaq üçün sanksiya tətbiq edənlərə “hə” demərik”,- deyə bildirib.

Ərdoğanın sözlərinə Finlandiyadan da cavab gecikməyib. Finlandiyanın Baş nazir Sanna Marin, Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyi ilə bağlı fikrini dəyişməsindən təəccübləndiyini bildirib.

Baş nazir, "Türkiyə daha əvvəl Finlandiya və İsveçin mümkün NATO üzvlüyü yolunda heç bir maneə yaratmayacağına və prosesi ləngitməyəcəyinə zəmanət vermişdi",- deyə bildirib.

Bundan əlavə Marin Ərdoğanın açıqlamalarını "narahatedici" adlandırıb və "səbrli" olmağa çağırıb.  "Mən əminəm ki, işlər dialoq yolu ilə həll oluna bilər",- deyə Marin çıxışına əlavə edib. Digər tərəfdən, İsveç müdafiə naziri Peter Hultqvist də Türkiyəyə cavab verib. O bildirib ki, NATO-nun baş katibi Yens Stoltenberq deyir ki, Türkiyə prosesə mane olmur.

“Biz Türkiyə ilə danışıqlar və dialoq aparacaq bir qrup göndərəcəyik, sonra məsələnin necə həll olunacağını və müzakirənin əslində nədən ibarət olduğunu görəcəyik”,- deyə müdafiə naziri bildirib.