Rusiya mühasirədəki ukraynalı hərbçiləri buna görə buraxıb: Moskvanın İNANILMAZ PLANI



 17:12 18.05.2022     1211

Rusiya Mariupolun ələ keçirildiyini elan etmək üçün ukraynalı hərbçilərin “Azovstal” zavodundan təxliyə olunması ilə razılaşıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. İddialara görə, Rusiya Ukraynadakı uğursuzluqla bağlı tənqidlərdən yayınmaq üçün belə həmlə edib.

Qeyd edək ki, Ukrayna və Rusiya “Azovstal” zavodundan 264 yaralı əsgərin təxliyə edilməsi barədə razılıq əldə etmişdi. Hərbçilər təxliyə edilərkən toqquşma baş verməyib. Bundan əlavə, 200-ə qədər ukraynalı hərbçi təslim olub. Ukrayna tərəfi hərbçilərin rusiyalı əsirlərlə dəyişdiriləcəyini açıqlayıb. Rusiya mediası isə “nasist” adlandırdığı ukrayanlı hərbçilərin məhkəmə qarşısına çıxarılacağını yazıb.