Türkiyənin ŞOK TƏLƏBLƏRİ: Finlandiya və İsveçin NATO-ya daxil olması üçün bunları edin



 20:08 18.05.2022     1288

Türkiyənin Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq etmək üçün şərtləri var.

Demedia.az xəbər verir ki, bu barədə “Bloomberg” diplomatik mənbələrə istinadən məlumat yayıb. İddialara görə, Türkiyə F-35 qırıcılarının istehsalı proqramına daxil olmasını tələb edir. Ankaranın digər tələbi terror təşkilatları ilə bağlıdır. Türkiyənin tələbinə görə, namizəd ölkələr PKK və onunla əlaqəli qruplaşmalara qarşı qarşı qəti mövqe ortaya qoymalıdır.

Bildirilir ki, Türkiyənin 2019-cu ildə Suriyada həyata keçirdiyi hərbi əməliyyatlarından sonra bəzi Avropa ölkələrinin sanksiyalarına məruz qalıb. Ankara bu qadağaların ləğvini tələb edir.