Ərdoğandan KRİTİK AÇIQLAMA: Putin və Zelenski ilə...



 16:17 19.05.2022     546

“Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Bu siyasətdə nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var”.

Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Cənab Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişdim və göndərirəm də. Çünki Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəmizə, nə də dünyaya faydası var”, - dövlət başçısı bildirib.