Daha bir ölkədən Ukraynaya DƏSTƏK
Avstraliya hökuməti Ukraynaya yeni silah partiyasının verilməsi qərarını təsdiqləyib.
Demedia.az xəbər verir ki, bu barədə “Australian Defence Magazine” məlumat yayıb.
Yeni silah partiyası 14 ədəd M113 zirehli transportyor və 20 ədəd “Bushmaster” zirehli texnikasından ibarətdir. Göndəriləcək texnikaların ümumi dəyəri 60 milyon dollardır.