Consondan Ukraynaya növbəti HƏRBİ YARDIM



 22:01 19.05.2022     414

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya əlavə hərbi yardım paketini elan edib.

Demedia.az-ın məlumatına görə, bu barədə Boris Conson tviterdə yazıb.

Baş nazir Ukraynaya uzaqmənzilli artilleriya, sahil-gəmi raketləri və pilotsuz uçuş aparatlarının tədarükünə də diqqət çəkib.

“Bu, bizim Ukraynaya 1,3 milyard funt-sterlinqlik əlavə hərbi yardım paketimizin bir hissəsidir”, - Conson qeyd edib.