Qələbə çətin olacaq və çoxlu qan töküləcək - Zelenski



 13:16 21.05.2022     572

“Mən ilk gündən müharibədə qələbə qazanacağımıza əmin idim”.

Demedia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski andiçməsinin 3-cü illiyi bağlı xanımı Yelena Zelenskaya ilə birgə müsahibəsində bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, qələbə çətin olacaq və çoxlu qan töküləcək. O, tərəflərin tələblərindən bəhs edərək deyib:

“Biz hamısnı qaytarmaq istəyirik, Rusiya isə heç nyi geri vermək istəmir. Müharibənin sonu diplomatik olacaq”.

Volodrimi Zelenski qeyd edib ki, ukraynalılara hörmətinin dəyişməməsindən daha çox qürur duyur:

“Mən insanlarımıza inanmışam. Bu müharibə başlıcası bütün dünyaya sübut etdi ki, bizim belə insanlarımız var”.

Müsahibədə iştirak edən Yelena Zelenskaya həyat yoldaşı (Prezident) ilə müharibə başlayandan iki ay yarım müddətində görüşmədiklərini vurğulayıb:

“Rusiyanın irimiqyaslı hərbi əməliyyatı başlayandan sonra biz bir neçə ay yalnız telefonla əlaqə saxlamışıq”.