Ruslara NÖVBƏTİ ZƏRBƏ: Hərbi təyyarə vuruldu
Ukrayna ordusu Luqansk vilayətində Rusiyaya məxsus Su-25 təyyarəsini məhv edib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.
“Ukrayna ordusunun 80-ci əlahiddə desant-hücum briqadasının 3-cü tağımı düşmənin Su-25 təyyarəsini “Stinger” daşınan zenit-raket kompleksi ilə məhv edib”, - Geraşenko bildirib.
Onun sözlərinə görə, pilot katapult etməyə macal tapmayıb.