Rusiyada etiraz aksiyaları başladı
Rusiyanın bir sıra şəhərlərində hökumətə qarşı etiraz aksiyaları baş tutub.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, ilk aksiyalar Xabarovsk və Vladivostokda olub.
Rəsmi məlumatlara görə, Vladivostokda etiraz aksiyasına çıxanların sayı 60 nəfəri ötməyib, onlardan bir neçəsi saxlanılıb. Xabarovskda isə 13 nəfər saxlanılıb.
Krasnoyarsk şəhərində isə kiçik bir qrupun təşkil etdiyi aksiya dinc şəraitdə keçib, bir müddət sonra etirazçılar dağılışıb.
İrkutsk şəhərində etirazçılar hökumət binasının qarşısında aksiya keçirib, saxlanılanlar var.