Ukraynaya XÜSUSİ TƏKLİF: Polşadan dəstək
Polşa Prezidenti Anjey Duda Ukraynaya mehriban qonşuluq haqqında yeni saziş bağlamağı təklif edib.
Demedia.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
"Əminəm ki, mehriban qonşuluq haqqında yeni müqavilə bağlamağın vaxtı çatıb", - Polşa lideri bildirib.
Bundan əlavə, Duda hesab edir ki, Ukrayna və Polşa arasında avtomobil, dəmir yolu və infrastruktur kommunikasiyaları şəbəkəsi zəif inkişaf edib. O, əlavə edib ki, iki ölkə arasındakı sərhəd bölünməməlidir, əksinə birləşməlidir.