İran ordusunun polkovniki TEHRANDA ÖLDÜRÜLDÜ



 23:54 22.05.2022     398

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) polkovniki Səyyad Xudayari qətlə yetirilib.

Demedia.az bu barədə İRNA-ya istinadən xəbər verir.

Məlumata görə, polkovnik şəxsi avtomobilinin sükanı arxasında olarkən ona atəş açıblar.

Beş güllə yarası alan Xudayari yerindəcə ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.