Ukraynadan ŞOK XƏBƏR: Rüstəm Muradov yaralandı, bacısı oğlu öldü - FOTO
Rusiya Qəhrəmanı, Cənub Hərbi Dairəsi komandanının müavini, Qarabağdakı rus sülhməramlılarının sabiq komandiri, general-leytenant Rüstəm Muradovun bacısı oğlu Ukraynada hərbi əməliyyatlar zamanı həlak olub.
Demedia.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb. Onun döyüşlər zamanı öldüyü deyilir.
General-leytenant Muradovun özü də həmin vaxt xəstəxanada yaralı olub. General bacısı oğlunun dəfn mərasimi üçün xəstəxanadan məzuniyyət götürüb.