Ərdoğan tələblərini ortaya qoydu - Türkiyədən qəti mövqe



 15:54 23.05.2022     1733

Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri Maqdalena Andersson ilə telefon danışığı aparıb.

Demedia.az xəbər verir ki, Prezidentin ictimai əlaqələr şöbəsindən verilən açıqlamada bildirilib ki, görüş zamanı iki ölkə arasındakı münasibətlər və İsveçin NATO-ya üzvlük müraciəti müzakirə edilib.

Prezident Ərdoğan görüşdə Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman tam dəstəklədiyini bildirib və alyansdakı həmrəyliyin həm üzv ölkələrin təhlükəsizliyi, həm də kollektiv təhlükəsizlik baxımından mühüm dəyər olduğuna diqqət çəkib.

Türkiyənin uzun müddətdir İsveçin terror təşkilatı PKK/YPG/PYD-nin nəzarəti altında olan şəxslər və sözdə təşkilatlarla təmaslarından narahat olduğunu nəzərə aldığını ifadə edən prezident Ərdoğan, FETÖ terror təşkilatının fəaliyyətini İsveçdə də davam edirdiyini baş nazirin diqqətinə çatdırıb.

Prezident Ərdoğan İsveçin terror təşkilatlarına siyasi, maliyyə və silah dəstəyinə son qoyulmalı olduğunu vurğulayıb.

PKK/PYD/YPG-nin İŞİD-lə mübarizə apardığı iddiasının həqiqəti əks etdirmədiyini deyən prezident Ərdoğan, İsveçdən terror təşkilatı PKK və onun İraq və Suriyadakı genişlənməsi ilə bağlı Türkiyənin narahatlığını bölüşdüyünü göstərən konkret və ciddi addımlar atmasını gözlədiklərini dilə gətirib.

Prezident Ərdoğan Suriyadan Türkiyəyə gələn terror təhlükəsi səbəbilə həyata keçirməli olduqları “Barış Pınarı” əməliyyatından sonra İsveçin müdafiə sənayesində Türkiyəyə tətbiq etdiyi məhdudiyyətlərin də aradan qaldırılması lazım olduğunu bildirib.