"Dünyanın ən güclü ordularından birinin belini qırdıq" - Zelenski



 15:28 23.05.2022     1049

Ukrayna prezidenti Volodymir Zelenski Ukrayna xalqının, o cümlədən hərbçilərin həyatının çox qiymətli olduğunu bildirib və o, 2022-ci il fevralın 23-də olan ərazilərin təmas xəttinə qaytarılmasının qələbə kimi qiymətləndirilə biləcəyi ilə bağlı fikirlərini bir daha təkrar edib.

"Məncə, əhalimizin müxtəlif təbəqələrinin düşüncəsi nə olursa olsun, ən əhəmiyyətli olan daha çox insanı, hərbçiləri xilas etməkdir. Bu insanlar canlarını verməyə hazır olan cəsur insanlardır... Məncə, bu bizim böyük dəyərimiz və xəzinəmizdir. Yəni bu işğal bunu sübut etdi. Ədalət hər şeyi geri qaytardığımız zaman zəfər çalacaq. Heç kim sadəcə olaraq, heç nə vermir, amma işğal olunan torpaqlar var. İtki vermədən fevralın 24-dən əvəvlki xəttə çatmaq məncə, dövlətimizin qələbəsi olacaq. Dünyanın ən güclü ordularından birinin belini qırdıq. Biz bunu artıq etmişik. Psixoloji olaraq onlar yaxın bir neçə ildə ayağa qalxa bilməyəcəklər. Amma unutmayın ki, bütün hərbçilərimiz də yaşamaq istəyir”.