"Rusiyanı xilas etməyin yeganə yolu dövlət çevrilişidir" - Yuliya Latınina
Rusiyalı jurnalist və yazıçı Yuliya Latınina hesab edir ki, Rusiyanın gələcəyini xilas etməyin yeganə yolu orada dövlət çevrilişi təşkil etməkdir.
Demedia.az Ukrayna mətbuatına istinadla xəbər verir ki, o, bu barədə “Ukrayna 24” telekanalında Nataşa Vlaşçenko ilə söhbəti zamanı danışıb.
"Mən Mariupol və Xersonun azad ediləcəyinə şübhə etmirəm. Dəhşətli iztirablar da arxada qalacaq. Bundan sonra infrastrukturun yenidən qurulması, kommunikasiya qururlması və kimi uzun müddətli işlər həyata keçiriləəck . Amma mənə aydındır ki, bütün ərazilər azad ediləcək” deyə Latınina bildirib. Onun fikrincə, Rusiya indiki Donbasa çevrilmək təhlükəsi ilə üz-üzədir.
Yuliya Latınina
"Əgər çevriliş olmasa və mən inqilabdan çox çevrilişə inanıram. Çevriliş olmasa, Rusiya nəhəng Fələstin muxtariyyətinə, nəhəng Donbasa çevriləcək. Bundan çıxış yolu olmaya bilər. Çevriliş olmasa, bu tarixdə bir neçə nəsil üçün “qara dəlik” olaraq qalaacq”,- deyə o əlavə edib.
Xatırladaq ki, Rusiya müxalifətinin lideri İlya Ponomarev müharibənin başa çatması məsələsində diktator Vladimir Putinin ölməsini gözləməməyi tövsiyə etmişdi. Ukryana kəşfiyyatı Putinin xərçəng xəstəliyinə tutulduğunu təsdiqləməsinə baxmayaarq, s0iyasətçinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinə güvənmək lazımdır, çünki Putnin müxətlif xəstəliklərə yoluxması ilə bağlı şayiələr bir neçə ildir ki, dolaşır.
"On il bundan əvvəl olan o söz-söhbətləri xatırlayıram. Təbii ki, onun müxtəlif xəstəlikləri var. Maraqlanmaq lazımdır ki, bu və ya digər xəstəlik ona belə təsir edirmi? Lakin indi biz bunun hələ baş vermədiyini görürük. Təəssüf ki, Rusiya Federasiyasının prezidenti olaraq qalır”, - deyə müxalifət lideri bildirmişdi. / Bizimyol.info