İki dəfə peyvənd olunan konqresmen koronaya yoluxdu
ABŞ-ın Massaçusets ştatından olan konqresmen Stiven Linç iki dəfə peyvənd olunduqdan sonra koronavirusa yoluxub.
Nexeber.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Məlumata görə, konqresmen peyvəndin ikinci dozasını yanvarın 20-də ABŞ Prezidenti Co Baydenin andiçmə günü vurdurub.
Onun mətbuat katibi Molli Rouz Tarpi andiçmə mərasimindən əvvəl onun testinin nəticəsinin mənfi olduğunu bildirmişdi. Tarpi konqresmenin xəstəliyi simptomsuz keçirdiyini və özünü yaxşı hiss etdiyini deyib.