Ukraynalı qaçqını evinə çağırdı: 10 ildir birlikdə yaşadığı sevgilisi ilə... - FOTOLAR



 19:52 23.05.2022     559

Ukraynadakı müharibə səbəbilə Böyük Britaniyaya gedən 22 yaşlı Sofia adlı qız burada Toni və Lorna cütlüyünün evinə sığınıb.

Demedia.az xəbər verir ki, Toni 10 ildir birlikdə olduğu Lornayı razı salaraq rəsmi şəkildə qapılarını ukraynalı qaçqının üzünə açıb. Bir müddət sonra isə 29 yaşlı Lorna sevgilisini ukraynalı qaçqına qısqanmağa başlayıb. Qadın onların gizli münasibət yaşamasından şübhələnib. Nəticədə tərəflər arasında gərginlik yaşanıb. Ukraynalı qız isə 10 ildir birlikdə yaşayan cütlüyün problem yaşamaması üçün evdən getdiyini irəli sürüb. Qəribəsi budur ki, ukraynalı qızın evdən getməsi Tonini qəzəbləndirib.

O da 10 ildir birlikdə olduğu qadından ayrılaraq, evdən gedib. Bu məsələ Böyük Britaniya mediasında müzakirələrə yol açıb. Britaniyalı qız ukraynalı qaçqının ünvanına ittihamlar səsləndirərək, onu sevgilisi ilə münbasibət yaşamaqda ittiham edib. Sofia isə iddiaları rədd edib.