Türk kəşfiyyatı PKK liderlərindən birini PUA zərbəsi ilə məhv etdi



 21:19 23.05.2022     370

Türkiyə kəşfiyyatçıları İraqın şimalında növbəti uğurlu əməliyyat həyata keçiriblər.

Demedia.az xəbər verir ki, kəşfiyyatçılar PKK/YPG terror qruplaşmasının bölgə üzrə qondarma nümayəndəsi olan “Ahmet Rubar” ləqəbli Mehmet Erdoğan məhv edib. Antiterror əməliyyatı PUA ilə təşkil edilib. Bildirilir ki, ötən il bölgəyə təyin olunan terrorçu saxta sənəd gəzdirirmiş.

Qeyd edək ki, PKK terror təşkilatının 41 nəfərdən ibarət qondarma idarəetmə heyətində də yer alan Mehmet Erdoğan qruplaşmaya 31 il əvvəl qoşulub.