Ərdoğan: “Türkiyə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq”
Türkiyə Silahlı Qüvvələri ölkə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq və bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar veriləcək.
Demedia.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan bildirib.
"Davam edən hücumlar fonunda sərhədlərimizdə təhlükəsizliyin təmin edilməsi ilə bağlı vəzifələrimizi davam etdirəcəyik. Tezliklə sərhədlərimizdə yeni əməliyyatlara başlanacaq", - Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra deyib.
Türkiyə eyni zamanda cənub sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zonasının yaradılması prosesini başa çatdırmaq niyyətindədir.
"Türkiyəyə təhdid yaradan terror təşkilatlarına hər cür dəstək verərək onları qoruyanlar təkəbbürlü davranışlarından əl çəksinlər”, - dövlət başçısı əlavə edib.