İqor Dodon saxlanılıb?
Moldovanın Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu və İnformasiya və Təhlükəsizlik Xidmətinin əməkdaşları iş adamı Vladimir Plahotnyukdan rüşvət almaqda şübhəli bilinən ölkənin eks-prezidenti İqor Dodonun evində axtarış aparırlar.
Demedia.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, 2020-ci ildə keçmiş deputat Yuri Renita o vaxtkı prezident Dodonun Demokratlar Partiyasının lideri Vladimir Plahotnyuk və onun müavini Sergey Yaralovla görüşdüyü videosunu yayımlayıb. Məlumata görə, Dodonun Plahotnyukdan aldığı paketin içində külli miqdarda pul olub. Görüş 2019-cu ilin iyununda baş tutub, bir neçə gün sonra Plahotnyuk ölkəni tərk edib.
***
Moldovanın sabiq prezidenti İqor Dodonun 72 saat müddətinə saxlanıldığı ilə bağlı məlumat yayılıb.
Moldova Prokurorluğu hələ ki məlumatı təsdiqləməyib.