Avropa Birliyi Rusiya iş adamlarının 10 milyard avroluq aktivlərini dondurdu



 12:05 25.05.2022     420

Avropa İttifaqı (Aİ) Ukraynada aparılan hərbi əməliyyatlar dövründə Rusiya iş adamlarının 10 milyard avroyadək məbləğində aktivlərini dondurub.

Demedia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dpa” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Avropa Komissiyası dondurulmuş Rusiya aktivlərini müsadirə etməyə imkan verəcək qanun layihəsi təqdim etmək niyyətindədir.