Dəhşətli hadisə: 18 yaşlı gənc 21 nəfəri öldürdü - VİDEO
ABŞ-ın Texas ştatındakı orta məktəbdə törədilən hücum nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Demedia.az BBC-yə istinadən xəbər verir ki, ölənlərdən 18-i uşaqdır. 15 yaralı var. Məlumata görə, hücumu Texasın 18 yaşlı sakini Salvador Romas törədib. Polis gənci zərərsizləşdirib. Bildirilir ki, qatil tapança və tüfənglə silahlanaraq məktəbə hücum edib. Hadisənin səbəbləri araşdırılır.