Hakimiyyətə gələn kimi fövqəladə vəziyyət elan etdi: Ukrayna müharibəsi...
Macarıstanın Baş naziri Viktor Orban yeni hökumətin qurulmasından dərhal sonra Ukrayna-Rusiya müharibəsinə görə ölkədə fövqəladə vəziyyət elan edib.
Demedia.az xəbər verir ki, fövqəladə vəziyyət Macarıstanın bütün əyalətlərini əhatə edir. Viktor Orbanın sözlərinə görə, Ukraynadakı müharibənin səbəb ola biləcəyi çətinliklərə vaxtında cavab vermək üçün fövqəladə vəziyyət elan edilib.
“Dünya iqtisadi böhranın astanasındadır” deyən Orban, vətəndaşlarının təhlükəsizliyini qorumağın vacib olduğunu ifadə edib.