Türkiyədən MÜHÜM AÇIQLAMA: Suriyada yenidən...



 16:04 26.05.2022     744

"Türkiyə Suriyada yeni antiterror əməliyyatına başlaya bilər".

Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Lazım olanı edəcəyik. Əlimiz-qolumuz bağlı qalmayacağıq. Nə vaxt bizə hücum edəcəklərini gözləməyəcəyik”, - o söyləyib.

XİN başçısı həmçinin bildirib ki, ABŞ-ın xarici siyasəti balanslı deyil və bu məsələdə rəsmi Vaşinqtona xəbərdarlıq edilib.