Rus ordusu ilə döyüşlər maksimal intensivliyə çatdı - ŞOK
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu ilə döyüşləri maksimal intensivliyə çatıb.
Demedia.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Düşmən eyni vaxtda bir neçə istiqamətdə qoşunlarımızın mövqelərinə hücum edir. Qarşıda bizi son dərəcə çətin və uzun mübarizə mərhələsi gözləyir. Biz başa düşməliyik ki, bu, müharibədir və bizim tərəfimizdən itkilər qaçılmazdır”, - müdafiə nazirinin müavini bildirib.