Növbəti həftələr çox çətin olacaq - Ukraynadan ŞOK ETİRAF
“Düşmənin hələ də çoxlu silahları var. Növbəti həftələr çox çətin olacaq”.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov tviter səhifəsində yazıb.
“Rusiya taktikasını dəyişib. Qarşı tərəf qoşunlarını cəmləşdirərək Donetsk və Luqansk vilayətlərinin ərazilərinə hücum edib. Rusiya agentləri vasitəsilə Ukraynanın daxili sabitliyini pozmağa çalışır. Bu, onların əsas məqsədidir”, - paylaşımda bildirilib.