"Qarabağ"ın sabiq futbolçusu Ukraynada AĞIR YARALANDI



 23:12 26.05.2022     466

"Qarabağ"ın sabiq futbolçusu Aleksandr Voskoboynik Ukraynadakı müharibədə ağır yaralanıb.

Bu barədə rusiyalı tanınmış teleşərhçi Aleksey Andronov özünün şəxsi teleqram kanalında yazıb.

O bildirib ki, ukraynalı veteran hücumçu qondarma Donetsk və Luqansk Xalq respublikalarında səfərbərlik zamanı Rusiya ordusuna cəlb olunub. Voskoboyniklə yanaşı, digər sabiq forvard Vadim Sladki də döyüş əməliyyatlarına qatılıb.

İddiaya görə, hər iki futbolçu öz ölkələrinə qarşı vuruşmağa məcbur ediliblər. Donetskdəki küçə döyüşlərində Sladki öldürülüb, Voskoboynik isə ağır güllə yarası alıb. Onun paytaxt Moskvaya aparıldığı bildirilib.

Qeyd edək ki, Aleksandr Voskoboynik 2005-ci ildə "Qarabağ"ın formasını geyinib./Report.az