Çoxdan gözlənilən həmlə edilir: Rusiyaya qarşı dəhşətli qərar
ABŞ prezidenti Co Baydenin administrasiyası uzun mənzilli reaktiv yaylım atəşi sistemlərinin Ukraynaya göndərilməsinə icazə verib. Bu məsələ gələn həftə rəsmi olaraq açıqlanacaq.
Demedia.azUkrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə “The New York Times” Ağ Evdəki anonim mənbələrə istinadən yazır. Məqalədə qeyd edilib ki, silahlar buraxılış qurğularından xeyli uzağa atəş edə bilən mobil raket qurğularından ibarət olacaq. Belə ki, hazırda Ukrayna artıq bundan istifadə edir.
Rəsmilər ABŞ-ın dəqiq olaraq hansı növ raketləri təmin edəcəyi barədə ətraflı məlumat verməyib. Eyni zamanda Pentaqon ən çox M31 GMLRS-dən (Gueded Multiple Launch Rocket System) istifadə edir. Bu, 500 funtluq hava bombası ilə eyni miqdarda partlayıcı daşıyan dəqiqliklə idarə olunan, peyklə idarə olunan silahdır.
Qeyd edək ki, raketlər 40 mildən (65 km) çox məsafəyə çatır. Bu isə hazırda Ukraynanın istifadə etdiyi hər hansı artilleriyadan çox fərqlidir.