Ərdoğan elan etdi: Putin və Zelenski arasında danışıq olacaq
"Rusiya ilə Ukrayna arasındakı müharibənin ən qısa zamanda sülhlə sona çatacağı ürəyimizdədir, amma görünən odur ki, bu iş hər keçən gün daha mənfi istiqamətdə davam edir".
Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Bazar ertəsi həm Rusiya, həm də Ukrayna ilə telefon danışığım olacaq. Biz tərəfləri dialoq və diplomatiya kanallarından istifadə etməyə təşviq etməyə davam edəcəyik", - Ərdoğan əlavə edib.