Zelenski Rusiya ordusu ilə döyüşlərin getdiyi cəbhə xəttinə yollandı
Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfəri zamanı cəbhə xəttinə yollanaraq, hərbçilərlə görüşüb.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisindən məlumat verilib.
“Hər birinizə göstərdiyiniz xidmətə görə təşəkkür etmək istəyirəm. Dövlətimiz üçün canınızı riskə atırsınız. Ukraynanın müstəqilliyini qoruduğunuz üçün sizə təşəkkür edirik. Özünə yaxşı baxın”, - Zelenski hərbçilərlə görüşündə deyib.