Ərdoğan: Finlandiya və İsveçlə danışıqlar baş tutmadı
Finlandiya və İsveç nümayəndə heyətləri ilə aparılan danışıqlar təəssüf ki, istənilən səviyyədə olmadı.
Demedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bunların gözləntiləri var. Lakin Türkiyə ilə bağlı lazımi addımları atmadılar. Xüsusilə Stokholm küçələrində terrorçular gəzir, polislər onları qoruyur”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, rəsmi Ankara sözügedən ölkələrin NATO-ya üzvlüyünə qarşıdır. Belə ki, bu ölkələrin paytaxtlarında PKK terrorçularının mənzil-qərargahı yerləşir.