NATO yeni strateji konsepsiyada Rusiyanın statusunu dəyişəcək
İtaliyanın NATO-dakı nümayəndəsi Françesko Mariya Talo bildirib ki, alyans iyunda Madriddə keçiriləcək sammitində qəbul ediləcək yeni strateji konsepsiyasında Rusiyanın statusunu dəyişəcək və ona Çin də əlavə olunacaq.
Bu barədə Demedia.az "Associated Press"ə istinadən xəbər verir.
“Biz son sənəddə tərəfdaş hesab edilən Rusiyaya münasibətimizi dəyişəcəyik və hələ strategiyaya daxil olmayan Çini də ora daxil edəcəyik”, - diplomat deyib.
Talo əlavə edib ki, sammitdə Finlandiya və İsveçin NATO-ya qəbulu məsələsi də müzakirə olunacaq.
İspaniyanın Baş naziri Pedro Sançes bildirib ki, İsveç və Finlandiya iyunda Madriddə keçiriləcək NATO sammitində dövlət və hökumət başçıları səviyyəsində iştirak edəcək.