Putin Təhlükəsizlik Şurasının üzvləri ilə müşavirə keçirdi
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müşavirə keçirib.
Demedia.az-ın məlumatına görə, müşavirədə Putin Rusiyanın xarici siyasət və təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə etməyi təklif edib.
"Biz bir-biri ilə bağlı olan bir neçə məsələni müzakirə edəcəyik. Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsinin işi çərçivəsində ən mühüm iki sahəmizi, Rusiyanın xarici siyasəti və təhlükəsizliyinin təmin edilməsi məsələlərini nəzərdə tuturam", deyə Rusiya prezidenti bildirib.
Daha sonra xarici işlər naziri Sergey Lavrov məruzə ilə çıxış edib.