Biz çeçenlər mübarizə aparmağı öyrənmişik: Rusiyanın məhv edilməsi... - Kadırov
Qərb ölkələri Ukraynada ötən əsrin 90-cı illərində Çeçenistanda həyata keçirməyə çalışdıqları “düşünülmüş və məkrli plan” tətbiq ediblər.
Demedia.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib.
"Biz Çeçenistanda Qərbin Ukraynada oynadığı eyni ssenarini yaşadıq. Xarici muzdlular, nasizm, tonlarla silah, gurultulu və əsassız bəyanatlar. Şübhə yoxdur, bu, eyni düşünülmüş və məkrli plandır. Və bu prosesə müqavimət göstərmək üçün Rusiyanın imkanları var”, - qeyd edib.
Onun fikrincə, bu planın həyata keçirilməsinin məqsədi Rusiyanın məhv edilməsi, onun resurslarının talanması, xarici nüvə güclərinin dünyada tam hökmranlığıdır:
"Biz çeçenlər mübarizə aparmağı öyrənmişik. Bizim çox yaxşı təcrübəmiz və nəzəriyyəmiz var, ona görə də dövlətimizi qorumağa borcluyuq. Rusiya bizi bir vaxtlar qorudu, Putinin başçılıq etdiyi Rusiya respublikamızı və onun iradəsini bərpa etdi. Və bu gün biz sədaqət nümayiş etdirməliyik”.