Rusiya dövlət televiziyasında ŞOK – “3-cü dünya müharibəsi başladı”
Ukraynadakı müharibəni dəyərləndirən rusiyalı aparıcı “3-cü dünya müharibəsi başladı” deyib.
Demedia.az xəbər verir ki, Kremlin nəzarətində olan “Rossiya-1” telekanalında “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva iddia edib ki, Qərbin Ukraynaya silah verməsi qlobal münaqişə deməkdir.
İngilis "Metro" qəzetində yer alan xəbərə görə, rusiyalı jurnalist canlı yayımda bu ifadələri işlədib:
“Bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü dünya müharibəsi başlayıb”.