Türkiyədə ard-arda 5 zəlzələ baş verdi



 11:28 01.02.2021     192

Türkiyədə ard-arda 5 zəlzələ baş verib.

Nexeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla səhər saat 08 radələrində baş verib.

İzmirin Karaburun rayonunda, 5,1 bal gücündə zəlzələ olub. Bundan başqa, 4,1, 4,8 və 4,7 ballıq yeraltı təkanlar qeydə alınıb.

Hər hansı bir fəsad və ya itkilər barədə məlumat verilməyib.