Dmitri Peskov: “Putinin Türkiyəyə səfər tarixi diplomatik kanallarla razılaşdırılacaq”
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi hələ müəyyən edilməyib, bu, diplomatik kanallarla razılaşdırılacaq”.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
“Səfərin əsas müzakirə mövzuları hələlik bəlli deyil. Dəvət var və onun tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq”, - o bildirib.